“Sözlər yox, əməllər önəmlidir“ - VİDEO

“Sözlər yox, əməllər önəmlidir“ - VİDEO
Nigar Arpadarai: Zəngəzur dəhlizi ilə bağlı real addımlar görmək istəyirik

Cənubi Qafqaz regionumuz çoxlu sayda eniş-yoxuşlu anlar yaşayıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi regiona öz dəhşətli təsirlərini göstərmiş və inkişaf üçün mövcud olan imkanlara mane olmuşdur. Ancaq bu gün Azərbaycan regionda yeni reallıq yaradıb. Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ bölgələrinin işğaldan azad olunması və erməni işğalçı qüvvələrinin ərazimizdən çıxarılmasından sonra tamamilə yeni vəziyyət yaranıb. Burada yeni imkanlar və yeni risklər meydana çıxıb.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Nigar Arpadarai qurumun yay sessiyasında çıxışında deyib.

Bildirib ki, Cənubi Qafqaz bölgəsi hazırda Mərkəzi Asiya ilə Avropanın logistik əlaqəsi üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu gün bu yeni vəziyyətdən səmərəli istifadə etmək mühüm məsələyə çevrilib.

Azərbaycanlı deputat Zəngəzur dəhlizinin siyasi əhəmiyyəti ilə yanaşı, onun iqtisadi faydasına toxunaraq Ermənistanın rəsmi öhdəliyini yerinə yetirməli olduğunu bildirib. Qeyd edib ki, artıq 30 ildən çoxdur ənənəvi əlaqələrin blokadasından əziyyət çəkən naxçıvanlılar bu nəqliyyat dəhlizinin açılmasını gözləyirlər.

REAL

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər