AQTA sədri rusiyalı qonaqları qəbul edib - VİDEO

AQTA sədri rusiyalı qonaqları qəbul edib - VİDEO
Xarici nümayəndə heyəti AQTİ laboratoriyaları ilə tanış olub

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəhbərinin müavini Anton Karmazin ilə görüşüb. Görüşdə ölkəmizdə istehsal olunan bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, bu sahədə həyata keçirilən nəzarət tədbirləri barədə ətraflı məlumat verilib. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.

Anton Karmazinin rəhbərlik etdiyi nümayəndə heyəti Qida Təhlükəsizliyi İnstuitunun laboratoriyalarına da baxış keçirib. Nümayəndə heyətinə İnstitutun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, qida təhlükəsizliyi sisteminə daxil olan mövcud laboratoriyalar şəbəkəsi optimallaşdırılıb, müasir tələblərə cavab verən yeni laboratoriyalar yaradılıb.

Baxış zamanı laboratoriyalarda beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının ölkədə qida təhlükəsizliyinin təmin edilməsində rolu xüsusi vurğulanıb. Bildirilib ki, laboratoriyalarda müayinələr beynəlxalq metodlar əsasında yüksək peşəkarlıqla həyata keçirilir. Qeyd edək ki, hazırda Qida Təhlükəsizliyi İnstitunun nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 16 laboratoriya fəaliyyət göstərir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər