Türk Dünyası Sığorta Hovuzu yaradılır - VİDEO

Türk Dünyası Sığorta Hovuzu yaradılır - VİDEO
Vəsaitlər yerli iqtisadiyyatların inkişafına yönəldiləcək

Azərbaycan sığorta şirkətləri risklərini yeni təkrar sığorta ünvanına - Türk Dünyası Sığorta Hovuzuna yönəldə biləcəklər. Ümumiyyətlə, sığorta hovuzu sığorta şirkətlərinin hüquqi şəxs olmayan könüllü birliyidir. Bu iştirakçılar şovuz adından bağlanan sığorta müqavilələri üzrə birgə məsuliyyət daşıyırlar. Adətən, iri risklərin sığortası və ya təkrar sığortası zamanı sığorta hovuzlarına ehtiyac duyurlur. Bu, sığorta əməliyyatının maliyyə dayanıqlılığını artırır.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev REAL TV-yə müsahibəsində bildirib ki, Türk Dünyası Sığorta Hovuzunun yaradılması qərarına bu ilin may ayında İstanbulda Türk Dünyası Sığorta Birliyinin yaradılması zamanı gəlinib.

Türkiyə Sığorta Birliyinin sədri Atilla Benli türk ölkələrinin sığorta alyansının yaradlılmasının faydalı olacağını vurğulayıb.

Azərbaycanın İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov Real TV-yə müsahibəsində bildirib ki, türk ölkələrini əhatə edən sığorta hovuzunun yaradılmasına ciddi ehtiyac vardı.

Rəşad Əhmədov düşünür ki, birgə əməkdaşlıq türk respublikalarının sığorta şirkətlərinin qarşılıqlı təcrübə mübadiləsinə imkan verəcək.

Mərkəzi Bankın baş direktoru Ziya Əliyev Real TV-yə müsahəbəsində bildirib ki, yeni anlaşma postsovet məkanının türk respublikalarına Türkiyənin zəngin təcrübəsindən yararlanmaq imkanı yaradır.

Yəni Türk Dünyasında yerli sığorta hovuzunun yaradılması həm də müəyyən qədər yerli iqtisadiyyatların likvid vəsaitlərə olan ehtiyacının qarşılanmasına imkan yaradacaq. Bu isə həm də yeni iş yerlərinin açılması, məşğulluq probleminin həlli və insanların rifahının yaxşılaşdırılması deməkdir.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər