Tələbə elmi-texniki yaradıcılıq mərkəzi - VİDEO

Tələbə elmi-texniki yaradıcılıq mərkəzi - VİDEO
BDU-da yaradılan mərkəz 4 istiqamət üzrə fəaliyyət göstərəcək

Bakı Dövlət Universitetində Tələbə Elmi -Yaradıcılıq Mərkəzinin açılış mərasimi keçirildi.

Mərasimdə universitetin rektoru Elçin Babayev, təhsil nazirliyinin nümayəndələri, müəllimlər və tələbələr iştirak etdilər.

Tədbirdə çıxış edənlər bildirdi ki, universitetdə tədrislə elmin vəhdəti istiqamətində mühüm işlər həyata keçirilir.

Təhsil və elmin təcrübəylə əlaqələndirilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir.

Universitet tərəfindən tələbələrin təcrübə qazanması üçün hər cür şərait yaradılır.

Qeyd edək ki, yaradıcılıq mərkəzində informasiya texnologiyaları, kimya,fizika, təbiət elmləri üzrə 4 istiqamət fəaliyyət göstərəcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər