"Qarabağ rənglərinin musiqisi" - VİDEO

"4 fəsil" layihəsinin ilk konserti keçirildi

Azərbaycan Dövlət Akademik Filarmoniyasında 4 fəsil layihəsinin ilk konserti keçirildi.

Qarabağ Rənglərinin Musiqisi adlanan Konsertin layihə rəhbəri əməkdar artist Səidə Tağızadədir.

Konsert proqramında müasir Azərbaycan bəstəkarları - Firəngiz Əlizadə, Elnarə Dadaşova, Cəlal Abbasov, Adilə Yusifova və başqalarının əsərləri səsləndi. Səidə Tağızadənin pianoda ifa etdiyi gecənin ifaçıları əməkdar artistlər - Fəridə Məmmədova, Yuliya Motorina, Rəna Rəhimova, Ümidə Abasova, Nəzrin Aslanlı, Orxan Hüseynov, Stefano Muskaritolo oldu.

Konsert proqramının ardınca həmçinin təsviri incəsənət əsərlərinin satış-sərgisi də təşkil olundu.

Qeyd edək ki, sərginin satışından toplanan vəsait “Yaşat” fonduna ianə ediləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər