ABŞ Prezidenti Co Bayden Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahimi qəbul edib.
REAL TV-nin ABŞ bürosunun Ağ Ev-dən əldə etdiyi məlumata görə, Prezident C.Bayden son 1 ildə Vaşinqtonda bir neçə ölkənin yeni fəaliyyətə başlayan səfiri ilə görüş keçirib. Onlar arasında Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də olub.
Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbindən təyin edilən yeni səfirlərin etimadnaməsi onlayn olaraq qəbul edilib. ABŞ prezidenti məhdudiyyətlərin aradan qaldırılmasından sonra səfirləri qəbul edib və onlarla tanış olub.