Aqrar innovasiya festivalı keçirilib - VİDEO

Aqrar innovasiya festivalı keçirilib - VİDEO
Festivalda innovativ məhsul və texnologiyalar nümayiş etdirilib

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağstafa rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirildi. Ağstafa Aqrar Sənaye Kompleksində baş tutan festival Aqrar innovasiyaların təbliği və təşviqi, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə keçirilib. yerli şirkətlər innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, həmçinin yüksək məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri kimi innovativ məhsul və texnologiyalarını nümayiş etdirdi.

Aqrar sahede fealiyyet gösteren şirkətlərin mütəxəssisləri öz uğurlu təcrübələrini bölüşdülər. Həmçinin, festivalda “Yem kalkulyatoru”, “Azolla”, “Kinoa”, “Amarant” və digər layihələrin təqdimatı keçirildi.Həmçinin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin təşəbbüsü ilə “Peyk sistemi əsasında nəqliyyatın monitorinqi” mövzularında məlumat sessiyaları təkil olundu.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər