Karate üzrə açıq çempionat keçirilib - VİDEO

Karate üzrə açıq çempionat keçirilib - VİDEO
Yarış Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr edilib

Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kobudo Kempo İdman Döyüş Növləri və Bakı Karate-do akademiyasının birgə təşkilatçılığı ilə açıq Çempionat keçirilib. Sərhədçi Olimpiya İdman Kompleksində reallaşan yarış 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr edilib. Çempionatda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər qüvvələrini sınayıblar. Döyüşlərdən əvvəl çempionatın açılış mərasimi təşkil olunub. Burada şəhid ailələri və qazilər iştirak ediblər. Bunun ardınca arena idmançıların ixtiyarına verilib. Karateçilər 3 növdə ən güclüləri müəyyənləşdiriblər.

Yarışda 400-ə yaxın idmançı qüvvəsini sınayıb. Karateçilər paytaxtla yanaşı əlkənin müxtəlif bölgələrini təmsil ediblər.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər