Rəşad Sadıqovun siftəsi

Rəşad Sadıqovun siftəsi
Milli komanda “Alanyaspor”a qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Antalya toplanışı çərçivəsində bu gün yoxlama oyunu keçirəcək. Türkiyənin “Alanyaspor” klubunun U-21 komandası ilə baş tutacaq görüş yığma komandamızın yeni baş məşqçisi Rəşad Sadıqov üçün debüt matçı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, yığmamız yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər