Kunq-Fu üzrə turnir keçirildi (VİDEO)

Kunq-Fu üzrə turnir keçirildi (VİDEO)
20 yanvar şəhidlərinin xatirəsi yad edilib

Hövsan Olimpiya İdman Kompleksində Azərbaycan Kunq-fu Federasiyasının və “Şərur” idman klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kunq-fu üzrə açıq respublika turniri keçirilib. Döyüşlərdən əvvəl Azərbaycanın Dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra rinq döyüşçülərin ixtiyarına verilib. Təşkilatçılar növbəti illərdə bu yarışı beynəlxalq səviyyədə keçirməyi düşünür. 

Gecənin ən maraqlı döyüşlərindən biri 60 kiloqram çəki dərəcəsində baş tutub. Bu çəkidə Ceyhun Xalıqlı Murad Qasımova qalib gələrək turnirin ali mükafatına yiyələnib. Ən ağırların görüşü Yadigar Tofidinin zəfəri ilə başa çatıb. Yadigar həlledici qarşılaşmada Cahangir Qasımovu üstələyib. Əfqan Səfixanov 90 kiloqramda Əjdər Əkbərovdan güclü olub. Ruslan hüseynovla Cavid Əliyevin döyüşü birincinin qələbəsi ilə nəticələnib. Qeyd edək ki, turnirdə ümumilikdə 300 idmançı birincilik uğrunda mübarizə aparıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə