“McLaren” pilotlarını dəyişir

“McLaren” pilotlarını dəyişir

Formula 1 yarışlarında iştirak edən “McLaren” komandası yeni bolidi üzərində işləri davam etdirir.

REAL xəbər verir ki, artıq maşın kraş-testlərdən keçib. Bolidin təqdimatı isə fevralın 14-də olacaq.Bolidin dizaynında narıncı rəng qorunub saxlanılacaq. Komandanın konstruktorları mövsüm ərəfəsində bu rəngə qayıtmağı qərara alıb.Xatırladaq ki, “McLaren” hər iki pilotu dəyişəcək. Ötən mövsümdə komandada çıxış etmiş Fernando Alonso və Stoffel Vandornun yerinə Karlos Sayns və Lando Norris trasa çıxacaqlar. Uokinqdən olan bu komanda Konstruktorlar Kubokunun ötən mövsümünü altıncı yerdə başa vurub. Nəticədə 62 xal toplamış “McLaren” beşinci yerin sahibi “Haas” komandasından 29 xal geri qalıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə