Metroda gediş haqqı artırılır? - RƏSMİ AÇIQLAMA

Metroda gediş haqqı artırılır? - RƏSMİ AÇIQLAMA
Yay aylarına qədər yeni komfortlu qatarlar alınacaq

“Tarif Şurası iclas edib və qərar versə ki, gediş haqqında qiymət artımı olmalıdır, “Bakı Metropoliteni” icraedici qurum kimi qiymətləri qaldıracaq”.

Bunu Real TV-yə müsahibəsində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, metroda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına heç bir müraciət edilməyib.

“Metro sosial yönümlü layihədir. Zərərlə işləyən təşkilat olmağımıza baxmayaraq hər il Azərbaycan hökuməti “Bakı Metropoliteni” QSC-yə dotasiya ayırır. Buna baxmayaraq tariflərin qaldırılması ilə bağlı müraciət edilməyib”, - deyə qurum rəsmisi qeyd edib.

Nəsimi Paşayev yay aylarına qədər yeni komfortlu qatarların alınacağını da bildirdi.

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə