Azərbaycan kinosu günü ərəfəsində tədbir keçirilir - FOTO

Azərbaycan kinosu günü ərəfəsində tədbir keçirilir - FOTO

Avqust ayının 1-də, Milli Kino Günü ərəfəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

REAL xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini, Azərbaycan kinosunun hazırda qarşısında dayanan məqsəd və vəzifələr, kino sənayesinin inkişafı ilə bağlı nəzərdə tutulan kompleks tədbirlərdən danışdı. Daha sonra kino sahəsindəki səmərəli və məhsuldar fəaliyyətinə görə bir qrup kinematoqrafçıya Mədəniyyət Nazirliyinin Fəxri Fərman və pul mükafatları təqdim olunub.

Təltiflərdən sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov kinostudiyanın yeni loqosu və vebsaytının yenilənmiş versiyasını təqdim etdi. Kinostudiyanın Qarabağ mövzusunda elan etdiyi bədii film ssenariləri müsabiqəsinin qalibləri də elan olundu. Əməkdar İncəsənət xadimi, kinorejissor Ayaz Salayevin rəhbərlik etdiyi Ekspert Şurasının yekun qərarına əsasən müsabiqənin qalibi kinorejissor Mirsadıq Ağazadənin "Supəri" ssenarisi oldu. İkinci yerə Türkan Hüseynin "Axırıncı palata", üçüncü yerə isə Nicat Dadaşovun "Zirzəmi" ssenarisi layiq görüldü. Qeyd edək ki, qalib ssenarilər 53 ssenarinin arasından seçilib.

Tədbirin sonunda "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynovun iştirakı keçirilən mətbuat konfrasında jurnalistlərin sualları cavablandırılıb. Nazim Hüseynov "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi ərərəfində keçirilməsi nəzərdə tutulan tədbirlər planı, eləcə də kinostudiya istehsal etdiyi və istehsalı nəzərdə tutulan layihələri barədə geniş məlumat verib.

***

13:09

Azərbaycan kinosu günü ərəfəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi, ssenari müsabiqəsinin nəticələri və Kinostudiyanın yeni inkişaf konsepsiyası ilə bağlı tədbir keçirilir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər