Milli Kino Günü ərəfəsində “CinemaPlus” Kinoteatrlar Şəbəkəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə Mozalan studiyasında istehsal olunmuş "Olimpia" filminin premyerası baş tutub.
Nümayişdə Azərbaycanın Gənclər və İdman Naziri Fərid Qayıbov, incəsənət xadimləri, filmin yaradıcı heyəti, digər rəsmi şəxslər iştirak edib. Filmdə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edə ki, melodram janrında çəkilmiş "Olimpia" filmin rejissoru və prodüseri Əli-Səttar Quliyev, ssenari müəllifli Rüstəm Babazadədir. Filmin süjet xəttinə gəldikdə isə, Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov peşəkar idmandan uzaqlaşaraq doğma qəsəbəsində sakit bir həyat yaşayır. Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir. Boksçunun uzaq Kubada yaşayan qızı gəlib atasını tapır.