“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirəcək

“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirəcək

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirəcək.

Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Macarıstan çempionu “Ferensvaroş”u qəbul edəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 9-da keçiriləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər