“Şən İnklüziv Badminton” layihəsi - VİDEO

“Şən İnklüziv Badminton” layihəsi - VİDEO
MOK-un 30 illik yubileyinə həsr olunan festival təşkil edilib

Badminton Federasiyası ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Şən İnklüziv Badminton” layihəsinin təqdimat mərasimi keçirilib.

Festivalda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Badminton Federasiyasın prezidenti Taleh Ziyadov, Gənclər və İdman Nazirliyinin, müxtəlif idman federasiyalarının nümayəndələri iştirak edib.

Festival zamanı virtual köşədə fiziki məhdudiyyəti olan şəxslərin badminton oynaması üçün xüsusi texniki avadanlıqla təchiz olunan Virtual Reallıq proqramı nümayiş etdirilib.

Layihənin iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunublar.
Milli Olimipiya Komitəsinin 30 illik yubileyi çərçivəsində keçirilən tədbirə konsert proqramı ilə yekun vurulub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər