Açıq havada Milli Kino Günü - VİDEO

Açıq havada Milli Kino Günü - VİDEO
Bayram tədbirində beş yeni Azərbaycan filminin premyerası baş tutdu

Avqustun 2-də Azərbaycan kinosunun yaranmasının 124 illiyi və Azərbaycan Kinosu Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Böyük Qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin qalibləri olan filmlərin Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda açıq kino nümayişi təşkil olundu. Nümayişdən əvvəl mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə açıq havada milli kinomuza aid olan müxtəlif kadrlardan ibarət fotostendlərə, həmçinin keçmiş dövrlərdə Azərbaycan kinosunda istifadə olunan müxtəlif film avadanlıqlarına baxış keçirildi. Azərbaycan kinematoqrafçılarını peşə bayramı münasibətilə təbrik edən Mədəniyyət naziri Anar Kərimov milli kinonun 124 il ərzində uğurlu tarixindən, vacib məqamlarından danışdı.

Daha sonra mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətininpaytaxt sakinlərinin iştirakı ilə rejissor Gülay Babayevanın “Arxa cəbhə”, Leylaxanım Qənbərlinin “Böyük qırmızı ev”, Qulu Əsgərovun “Hasar” filmlərinin, eləcə də Daşkənd Beynəlxalq Film Festivalının mükafatçısı olmuş rejissorlar Səddam Mehtiyev və Murad Hüseynovun “İki yol”, Nihad J., və Elgün Quliyevin "Orizuru" qısametrajlı filmlərinin “Gənc Azərbaycan Kinosu Proqramı” çərçivəsində nümayişi keçirildi.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə hər il avqustun 2-si Azərbaycan Milli Kino günü kimi qeyd olunur.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər