“Dəmir yumruq-6” Respublika turniri - VİDEO

“Dəmir yumruq-6” Respublika turniri - VİDEO
Yarışda 150-yə yaxın idmançı iştirak edib

Şamaxı olimpiya idman mərkəzində Vətən Müharibəsi şəhidlərinə həsr olunan Muay Tay idman növü üzrə “Dəmir Yumruq-6 respublika turniri” keçirilib.

Yarışdan öncə Muaytay Federasiyanın Şamaxı şəhərində kulubunun açılışı olub. Tədbirdə Muaytay Federasiyası tərəfindən Şamaxı Muaytay Klubunun baş məşqçisi

Qadir Talıbova Şamaxı klubunun şəhadətnaməsi təqdim olunub.

Mərasimdən sonra start verilən yarışda Paytaxt Bakının 5 komandası olmaqla, Şamaxı, İsmayıllı, Mingəçevir, və Göyçay şəhərindən ümumilikdə 150-yə yaxın idmançı iştirak edib.

Qaliblər diplom və medallarla təltif ediliblər.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər