Bu dəfə sizi DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış edəcəyik.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əsas məqsədi əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin, şəhid ailələri üzvlərinin, habelə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının istedadlarının ortaya çıxarılmasına və inkişafına dəstək göstərməkdir.