“Arşın mal alan” yarmarkası keçirildi -VİDEO

“Arşın mal alan” yarmarkası keçirildi -VİDEO
Yarmarkada 90-a yaxın biznes subyektinin məhsulları təqdim olundu

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının təşkilatçılığı ilə “Şərq Bazarı”nda “Arşın mal alan” milli satış-sərgi yarmarkası keçirildi.

İlk dəfədir keçirilən yarmarkada 90-a yaxın biznes subyekti tərəfindən tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və digər məhsullar, eləcə də xidmətlər təqdim olundu.

Tədbirin açılışında iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, millət vəkili Vüqar İskəndərov belə tədbirlərin yerli məhsulların tanıdılmasında, KOB-ların satış imkanlarının genişlədirilməsində önəmi barədə fikirlərini bölüşdülər.

Tədbir çərçivəsində həmçinin, öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər və tanınmış ekspertlərin iştirakı ilə məsləhət saatları təşkil olundu, uğurlu iş adamları ilə təcrübə mübadiləsi, tanınmış simalarla görüş imkanı yaradıldı.

Konsert proqramı ilə müşayiət olunan yarmarkada uşaqlar üçün master klaslar və digər əyləncəli tədbirlər də təşkil olunacaqdır.

Qeyd edək ki, yarmarka avqustun 7-dək davam edəcəkdir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər