Britaniya polisinin şübhəli davranışı - VİDEO

Britaniya polisinin şübhəli davranışı - VİDEO
N.Vatson: "Polisin iki saatdan sonra hadisəyə müdaxiləsi şübhə doğurur"

"Polisin hadisələri iki saat seyr etdikdən sonra, bəzi qrup üzvlərini həbs etməsi şübhə doğrurur".

Bunu avqust ayının 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı təşkil edilmiş hücuma münasibət bildirən Britaniyalı jurnalist Neil Vatson REAL- eksklüziv açıqlamasında deyib.

"Dünən Azərbaycanın Londondakı səfirliyində ağır vəziyyət yaşandı. Hüseyn şiə qruplaşmasının nümayəndələri faktiki olaraq Azərbaycan Səfirliyinə daxil oldular. Şüarlar səsləndirdilər. Azərbaycan bayrağını endirdilər. Bu hadisə dövlət üçün yolverilməzdir. Bu Böyük Britaniya qanunlarına və beynəlxalq qanunlara ziddir. Burada sual dolu məqamlar çoxdur. Kəşfiyyat xidməti nədənsə aksiyaya son qoymaq üçün qrup üzvləri ilə danışıqlara girməyib. Maraqlıdır polis əraziyə iki saata çatır və bəzilərini həbs etməsi səhnəsi şübhə doğrurur. Bu effektiv olmadı. Çünki radikallar səfirliyin ərazisinə daxil olmuşdular. Polis səfirliyin təhlükısizliyini təmin etməyə məcburdur. Amma nə kəşfiyyat xidməti, nə də polis öz işinin öhdəsindən gələ bilmədi. Azərbaycanın beynəlxalq aləmdəki strateji rolu da belə bir addıma səbəb ola bilərdi. Məsələn Azərbaycanın qaz ixracı, enerji üzrə Avropa ilə bağladığı strateji müqaviləsi imzalandı. Müəyyən qüvvələrin hədəfində Azərbaycanın bu nailiyyətləri ola bilər. İnanmaq istəyirəm ki, bu hadisələrin təkrarlanmaması üçün diplomatların təhlükəsizliyinin yüksək səviyyədə qorunması üçün Britaniya xidmət orqanları əlindən gələni edəcək".

Qeyd edək ki, avqust ayının 4-də buir qrup dini radikal Londonda Azərbaycan səfirliyinə hücum edib. Onlar səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxıblar, divarlara, pəncərələrə ərəb dilində şüar yazıb və səsləndiriblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər