40 ildən sonra baş tutan sərgi - VİDEO

40 ildən sonra baş tutan sərgi - VİDEO
Moskvada "Azərbaycan" pavilyonunda Rami Meirin sərgisi açıldı

"Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun dəstəyi ilə “Rami Meir. 40 ildən sonra qayıdış” adlı sərginin açılışı baş tutub.
 

Yəhudi soylu israilli rəssam Rami Meirin yaradıcılığına həsr olunan sərgidə iki döymə panno, təsviri sənət nümunələri, Rami Meir Art və “Azərxalça”-nın birgə layihəsi çərçivəsində Meirin rəsm əsərlərinin süjetləri əsasında hazırlanmış xalçalar, ağac üzərində oyma texnikasında icra edilmiş heykəllər, qədim zərgərlik nümunələri, Rami Meirin şəxsi kolleksiyasından dağ yəhudilərinin dekorativ-tətbiqi sənət əşyaları nümayiş olunur".

Sərginin açlışında çıxış edən Azərbaycan pavilonunun direktoru Səadət Kadırova Azərbaycanın multikultural ölkə olduğunu qeyd edərək, dağ yəhidilərinin mədəniyyətinin də azərbaycan üçün xüsusi önəm çəkdiyini bildirdi.

Bu gün sərgidə biz dağ yəhudi mədəniyyətinin təqdim edirik. Məncə bu cox vacibdir. Çünki Azərbaycanda coxlu sayda dağ yəhudiləri yaşayır. Və onlar azərbaycan vətəndaşlarıdırlar. Maraqlisi odur ki, başqa ölkələrə köcəndə belə, misal olaraq Rusiyada yaşmaqlarına baxmayaraq dağ yahudiləri öz vətənləri ilə sıx əlaqələrini saxkayırlar. Bu isə o demək dir ki, bu insanlara Azərbaycanı sevir və qiymətləndirirlər.

40 il bundan qabaq daşınma zamanı əsərlərinin oğurlanması səbəbindən məhz azərbaycan pavilonunda baş tutmayan sərgi, heydər əliyev fondu təşkilatçılığı ilə 40 ildən sonra həyata keçdi. Rəssam isə xoşbəxtlyinin səbəbini açıqladı.

"Sadəcə Azərbaycan pavilonunda olmağım mənim üçün artıq böyük xoşbəxtlikdir. Mən sizinlə indi danişiram, bu mənim üçün doğma vətənin bir parçasıdır. Mənim üçün xoşbəxtlik o dur ki, sən doğma hislərə yaxınlaşırsan. Nə vaxt ki, sən Azərbaycan mentallığına, bakı mentallığına yaxınlaşırsan. Sən hara getməyindən aslı olmayaraq bu hisslər ehtiyac var. Burada isə mən sanki evimdəyəm".

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova isə rəssamı sərginin açlışı münasibəti ilə təbrik edərək, onun Rami Meirinin yaradıcılığının çoxşaxəliyindən danışdı. Digər çıxışçılar isə rəssamın yaradıçılığının özəlliyinə diqqət çəkdilər.

Qeyd edək ki, Rami Meirin işləri Rusiyada, ABŞ-da və İsraildə şəxsi kolleksiyalarda saxlanılır. Sərgi 2022-ci il oktyabrın 30-dək davam edəcək.

İQBAL RÜSTƏMOV

REAL, MOSKVA

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər