Pakistan səfirliyində xüsusi brifinq - VİDEO

Pakistan səfirliyində xüsusi brifinq - VİDEO
Səfir: "Cəmmu və Kəşmirin işğalı beynəlxalq konvensiyaların pozulmasıdır"

Avqustun 5-də Pakistanın Azərbaycandakı səfirliyində Cəmmu və Kəşmirdəki vəziyyətlə bağlı ənənəvi brifinq keçirildi. Brinfinqdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Cəmmu və Kəşmirin 2019-cu ildən bəri işğal altında olduğunu, əhalinin ağır vəziyyətini və kommunikasiya əlaqələrinin tamamilə kəsildiyini vurğuladı. 5 avqust tarixinin artıq 3 ildirdir ki, Pakistanda istismar günü kimi qeyd olunduğu deyən səfir, Hindistan hökumətinin Cəmmu və Kəşmiri işğalda saxlamaqla, Birləşmiş Millətlər Təşkilatının qətnamələrini, eləcə də Cenevrə konvensiyasını pozuğunu diqqətə çatdırdır. Daha sonra media mənsublarına Cəmmu və Kəşmirin mövcud vəziyyətini əks etdirən sənədli film nümayiş etdirildi.

Avqustun 5-də, 2019-cu ildə, əlbəttə ki, 3 il bundan əvvəl Cəmmu Kəşmirin xüsusi statusu ləğv edilib. Bununla da Hindistan öz Konstitusiyasının 2 maddəsini ləğv etmiş oldu. Cəmmu və Kəşmirin demoqraik xüsusiyyətləri dəyişdirilməyə məruz qalıb. Burada əsas məqsəd Cəmmu və Kəşmir xalqını öz legitim hüququndan məhrum etməkdir. Bu məsələ Birləşmiş Millətlər Təşkilatının qətnamələrində açıq-aşkar öz qiymətlənməsini tapıb. Eyni zamanda Cenevrə Konvensiyasında da qeyd olunur ki, demoqrafik dəyişikliklərə yolverilməzdir. 2019-cu ilin 5 avqust tarixindən etibarən Cəmmu və Kəşmir əhalisi internetə çıxış imkanlarından məhrum edildiyindən heç nə paylaşa bilmirlər. Amma onlar yenə də öz hüquqları uğrundan mübarizə aparırlar.

Qeyd edək ki, 2019-cu ildə Hindistan rəhbərliyi Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv etdikdən və bu əraziyə Dehlidən birbaşa nəzarət tətbiq etdikdən sonra Hindistan və Pakistan arasında münasibətlər kəskinləşib.

Buna cavab olaraq Pakistan hökuməti Hindistanla diplomatik əlaqələrin aşağı səviyyəyə endirilməsini və bu ölkə ilə ikitərəfli ticarətin dayandırılmasına qərar verib. Həmçinin eyni dövrdə Pakistan hakimiyyəti Hindistanla qatar və avtobus əlaqəsini kəsib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər