Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı

Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı

Bəyanatda qeyd olunur:

Bu il avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar diplomatik nümayəndəliklərə və onların şəxsi heyətinə qarşı hər hansı zorakılıq təzahürünü yolverilməz hesab edirik.

Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür əməllər ümumbəşəri qınaq obyektidir və onların təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün hərtərəfli araşdırma tələb edir.

Biz Azərbaycan xalqının dözümlülüyünə əminik və çətin vəziyyətlərdə qardaş dövlətə hər cür dəstəyi verməyə hazır olduğumuzu bildiririk.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər