Şəhid Tahir Əliyev dəfn edilib - VİDEO, YENİLƏNİB

Şəhid Tahir Əliyev dəfn edilib - VİDEO, YENİLƏNİB
Hərbçi doğulduğu Ağstafa rayonunda torpağa tapşırılıb

Çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən şəhid olan Tahir Əliyev Ağstafada torpağa tapşırılıb. Azərbaycan ordusunun hərbi qulluqçusu ilə vida mərasimi rayonun Xətai kəndində, onun evində keçirilib.

Torpaqlarımızı tapşırdığımız müddətli həqiqi hərbi xidmət qulluqçusu Tahir Əliyevlə vidalaşmağa ailə üzvləri ilə yanaşı, dostları, döyüş yoldaşları şəhid ailələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri gəldilər. Tahir Əliyev Yenigün kənd qəbristanlığında olan Şəhidlər xiyabanında dəfn olunub. Şəhidin tabutunun büküldüyü üçrəngli dövlət bayrağımız atası Çingiz Əliyevə təqdim edilib.

2022-ci il təvəllüdlü Tahir Əliyev bir ildir ki, müddətli xidmətdə olub. O, şəhadət zirvəsinə əsgər yoldaşı Samir Xudiyevlə bərabər Laçın royununda yüksəlib. Ruhunuzun qarşısında baş əyirik!

***12:06

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu Ağstafa rayonunda Şəhidlər xiyabanında dəfn olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.

Yaylım atəşindən sonra tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.

REAL

***10.03

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi başlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, mərasim şəhidin Ağstafa rayon Xətai kəndində yaşayan ailəsinin evində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi Yenigün kənd qəbiristanlığında olan Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər