Azərbaycanda daha 452 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

Azərbaycanda daha 452 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

Azərbaycanda koronavirusa 452 yeni yoluxma faktı qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə REAL-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, koronavirusa yoluxmuş 5 nəfər vəfat edib.

Ölkədə bu günədək ümumilikdə 801 470 nəfərin koronavirus infeksiyasına yoluxması halı aşkarlanıb. Onlardan 788 612 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 098 nəfərdir.

Son sutka ərzində 3 750, hazırkı dövrədək isə 7 066 158 test aparılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər