Donald Trampdan Venesuelaya qarşı sanksiya tətbiq edib (VİDEO)

Donald Trampdan Venesuelaya qarşı sanksiya tətbiq edib (VİDEO)
Venesuela hökumətinin kriptovalyutası ABŞ-da qadağan edildi

ABŞ prezidenti Donald Tramp ölkədə Venesuela hökumətinin kriptovalyuta ilə bütün maliyyə əməliyyatlarının həyata keçirilməsini qadağan edib.

Real TV “Reuters” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib. Ağ Evin bəyanatına görə, Tramp ölkəyə qarşı sanksiyalar tətbiq edən fərman imzalayıb. Fərmanda bildirilir ki, Venesuela hökuməti tərəfindən, yaxud həmin ölkə adına 9 yanvar 2018-ci il tarixindən etibarən çıxarılan rəqəmsal pul vahidlərinə istiqamətli bütün əməliyyatlar amerikalı kəslərə ölkə daxilində istifadəsi qadağan edildi.

Sənəddə həmçinin ABŞ Maliyyə Nazirliyinin qadağanın təsirli şəkildə tətbiq olunması üçün lazımlı addımlar atmaq səlahiyyətinə malik olduğu qeyd edilir.

ABŞ prezidentinin qadağan etdiyi Venesuela petrosu son günlərdə uğurlu satışı ilə diqqət çəkir. İlkin olaraq 100 milyon petronu satışa çıxaracağını bildirən Venesuela hökuməti başlanğın qiyməti 60 dollara təklif etmişdi.

Real TV

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə