Zəngəzur dəhlizi inkişafın təminatı olacaq - VİDEO

Zəngəzur dəhlizi inkişafın təminatı olacaq - VİDEO
Yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutu təqdim edilməlidir

Post-münaqişə dövründə Azərbaycanın başlıca hədəflərindən olan Zəngəzur dəhlizinin açılması təkcə ölkəmiz üçün deyil, ümumilikdə region ölkələrinə böyük fayda gətirməklə, beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda, Zəngəzur dəhlizi bölgədə sülh və inkişafın da təminatıdır.

Ancaq aydındır ki, dəhlizin açılması ilə bağlı üçtərəfli bəyanatda yer alan müddəalar hələ də Ermənistan tərəfindən icra olunmayıb. Ötən həftə İsmayıllıya səfər edən Prezident İlham Əliyev Azərbaycan tv-nə müsahibəsi zamanı yenidən bu məsələyə diqqət çəkdi və bildirdi ki, Ermənistan yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu təqdim etməlidir.

Bölgənin gələcək inkişafına hədəflənən əhəmiyyətli layihələr sırasında yer alan Zəngəzur dəhlizinin açılması ilə C.Qafqaz əhəmiyyətli logistik mərkəzə çevriləcək.

Zəngəzur dəhlizi həm də tarixi İpək yolunun mühüm bir seqmenti olmağa iddialıdır. Gələcəkdə məhz həmin istiqamətdən ən təhlükəsiz marşrut Avropa bazarlarının təminatında təsirli rol oynayacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər