Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti - VİDEO

Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti - VİDEO
Bu nəqliyyat qovşağı iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradacaq

Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycan arasında quru yolunun açılması deyil, bütövlükdə Xəzər və Aralıqdənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsidir.

Ona görə adıçəkilən dəhliz Azərbaycan üçün yalnız siyasi əhəmiyyət kəsb etmir, burada həm də iqtisadi maraqlar da var. Eyni zamanda, sözügedən yeni nəqliyyat qovşağının açılması ilə Azərbaycan üçün ölkədaxili və regional iqtisadi inteqrasiya da sürətlənəcək.

Zəngəzur dəhlizi yeni nəqliyyat imkanları açdığına görə iqtisadi baxımdan Ermənistan üçün də əhəmiyyətlidir.

Zəngəzur dəhlizi son nəticədə regional əməkdaşlığın təzahürüdür. Ekspertlər Zəngəzur dəhlizini yalnız geosiyasi deyil, həm də siyasi, iqtisadi, nəqliyyat-logistika və digər faktorlarla birgə əlaqələndirirlər. Bütün bunlardan irəli gəlir ki, Zəngəzur dəhlizinin açılması regional əməkdaşlıq və beynəlxalq layihələrin icrası baxımından region dövlətləri üçün də maraqlıdır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər