Yanğın zamanı xilasetmə əməliyyatları mövzusunda məşğələ keçirilib - FOTO

Yanğın zamanı xilasetmə əməliyyatları mövzusunda məşğələ keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi ilə qarşılıqlı fəaliyyət planına uyğun olaraq “Yanğın hadisəsi zamanı xilasetmə əməliyyatları” mövzusunda nəzəri-praktik məşğələ keçirib.

FHN-dən REAL-a verilən məlumata görə, məşğələdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin əməkdaşları, FHN- n Gəncə Regional Mərkəzinin rəhbər heyəti, Xüsusi xilasetmə hissəsinin silasediciləri, FHN Akademiyasının kursantları və aidiyyatı üzrə şəxsi heyət iştirak edib.

Əvvəlcə praktik məşğələ barədə, eləcə də nümayiş etdirilən xüsusi xilasetmə alət və avadanlıqlarının iş prinsipləri və taktiki-texniki göstəriciləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilb.

Daha sonra 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində “yanğın” hadisəsi baş verməsi, xəsarət alanların olması barədə şərti siqnalın verilməsi ilə tədbirin praktiki hissəsinə başlanılıb. Belə ki, mərkəz əməkdaşları təxliyyə sxeminə uyğun olaraq təhlükəsiz əraziyə təxliyyə olunublar, “xəsarət alanları” Xüsusi xilasetmə hissəsinin xilasedici alpinistləri xüsusi xilasetmə alət və avadanlıqları vasitəsi ilə şərti hadisə baş verən məkandan çıxarıb, “yaralılara” ilkin tibbi yardım göstərilib və əraziyə cəlb olunmuş təcili tibbi yardım avtomobili vasitəsi ilə təxliyə ediliblər.

Sonda məşğələ iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər