Dadaş Dadaşbəyli 2-ci oldu - VİDEO

Dadaş Dadaşbəyli 2-ci oldu - VİDEO
Ağır atletimiz birdən qaldırma hərəkətində gümüş medal qazanıb

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunları davam edir. Seçməmiz turnirdə növbəti medalını qazanıb.

Ağır atletika üzrə millimizin üzvü Dadaş Dadaşbəyli fəxri kürsüdə yer alıb. 102 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz birdən qaldırma hərəkətində 174 kq-ı ram edərək bu növdə gümüş medal qazanıb. Təkanla qaldırmada 210 kq-ın öhdəsindən gələn Dadaş 5-ci yeri tutub.

Dadaş Dadaşbəyli toplam 384 kq nəticə ilə yekun sıralamada 4-cü yerə layiq görülüb.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər