Yanvarın 21-27-nə kimi Fransanın Strasburq şəhərində baş tutan AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyəti bir sıra tələblərlə çıxış edib.
Bunu REAL-a millət vəkili Qənirə Paşayeva bildirdi.
Millət vəkili AŞPA-nın qış sessiyasında müzakirə olunan məsələlərdən birinin də qaçqınlarla bağlı olduğunu qeyd etdi.
Qənirə Paşayevanın sözlərinə görə, AŞPA-nın iclasında Azərbaycanla bağlı konkret mövzu müzakirə olunmasa da ölkəmizdən olan nümayəndə heyəti bütün mövzularda Azərbaycanın mövqeyini geniş şəkildə ifadə edə bildi.