Quterreş: “Dünyada buğdanın qiyməti 8 faiz azalıb”

Quterreş: “Dünyada buğdanın qiyməti 8 faiz azalıb”

"Taxıl sövdələşməsi"ndən sonra dünyada buğdanın qiyməti 8% ucuzlaşıb.

APA xəbər verir ki, bunu Lvovda BMT-nin baş katibi Antonio Quterreş Ukrayna prezidenti Vladimir Zelenski, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz qlobal ərzaq bazarlarında stabilləşmənin baş verdiyini müşahidə edirik. Sazişlərin imzalanmasından sonra buğdanın qiyməti 8%-ə qədər ucuzlaşıb”, - deyə Quterreş bildirib.

O, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksinin iyul ayında 9% azaldığını və bunun 2008-ci ildən bəri ən böyük azalma olduğunu söyləyib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər