Ümumdünya Səhiyyə Təşkilatından açıqlama

Ümumdünya Səhiyyə Təşkilatından açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus əleyhinə ikinci buster dozadan istifadənin yalnız kritik vəziyyətdə lazım olduğunu bildirib.

Ekspertlərin Strateji Məsləhət Qrupu açıqlama yayıb ki, yalnız spesifik xüsusiyyətlərə malik insanlara ikini buster doza qəbul etmək olar.

Ümumdünya Səhiyyə Təşkilatının mətbuat konfransı zamanı qrupun sədri Alexandro Kravioto qeyd edib ki, adi insanlarda birinci dozadan və bir busterdən sonra ikinci busteri məsləhət görmür.

Onun sözlərinə görə ikinci buster doza yalnız qoca və immuniteti zəif olan insanlara, eləcə də hamilə qadınlara, şəkərli diabet, böyrək, ürək və qaraciyər xəstələrinə vurulmalıdır.

Ekspertlərin Strateji Məsləhət Qrupu onu da diqqətə çatdırıb ki, sözügedən məsləhət hazırki vəziyyətdə istifadə olunan beynəlxalq vaksin növlərinə şamil edilir.

Onlar vurğulayıb ki, gələcəkdə koronavirusun necə mutasiya edəcəyi və neçə buster dozanın lazım olacağı məlum deyil.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər