Baş prokuror Şirvan və Hacıqabul sakinlərini qəbul edəcək

Baş prokuror Şirvan və Hacıqabul sakinlərini qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 26-da saat 10:00-da Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə REAL-a Baş Prokurorluğun mətuat xidmətindən xəbər verilib.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokuroru tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər