Qadın güləşçilər Fransaya yollandı

Qadın güləşçilər Fransaya yollandı
Nitsada 9 təmsilçimiz mübarizə aparacaq

Qadın güləşi üzrə Azərbaycan milli komandası Fransada keçiriləcək qran-pridə mübarizə aparacaq.

Nitsa şəhərində keçiriləcək yarışda 9 təmsilçimiz bacarığını nümayiş etdirəcək. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudov 50 kiloqramda Türkan Nəsirovaya şans verəcəklər.

53 kiloqramda 2 güləşçimiz mükafatlara iddialıdır. Söhbət Anjela Doroqan və Tatyana Varansovadan gedir. Alyona Kolesnik 57 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

Ağırlığı 59 kq qədər olan güləşçilərin yarışında Tatyana Omelçenko xalça üzərinə çıxacaq. Elmira Qəmbərova 62 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa səy göstərəcək. İrina Netreba və Elis Manolova müvafiq olaraq 65 və 68 kq çəki dərəcələrində ölkəmizi təmsil edəcək.

Ən ağırların yarışında Səbirə Əliyeva etimadı doğrultmalıdır. Üç gün davam edəcək qran-priyə beynəlxalq dərəcəli hakim Bəşir İsazadə də dəvət olunub. Qeyd edək ki, qadın güləşi üzrə yığma komandamız mövsümə hazırlığı Türkiyənin Kayseri şəhərində keçib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə