Almaniya rəsmisi: “Cənub Qaz Dəhlizi bizim üçün maraqlıdır”

Almaniya rəsmisi: “Cənub Qaz Dəhlizi bizim üçün maraqlıdır”

“Almaniya hazırda energetika sahəsini şaxələndirir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin Xarici İqtisadi Siyasət üzrə İdarənin rəhbəri Exard Franz deyib.

O vurğulayıb ki, Cənub Qaz Dəhlizi bu baxımdan Almaniya üçün maraqlıdır.

Almaniya rəsmisi həmçinin bir sıra sahələrdə Azərbaycanla əməkdaşlıq barədə danışıb: “İki ölkə arasında texniki peşə sahəsində əməkdaşlıq böyük maraq doğurur. Əminik ki, Almaniya təcrübəsinin Azərbaycanda tətbiqi yerli kadrların peşəkarlığının artırılmasına kömək edəcək”.

E.Franz turizm sahəsində əmıkdaşlıq üçün də potensialın olduğunu bildirib: “Azərbaycanda turizm sahəsinə töhvəmiz məkanların inkişafına dəstək ola bilər".

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə