Vətən Azərbaycan, elim Zəngilan - Fotoreportaj

Vətən Azərbaycan, elim Zəngilan - Fotoreportaj
Zəngilan 25 ildir ki, erməni işğalçılarının tapdağı altındadır.

Bir yanı Həkəri, bir yanı Oxçu
Bir yanı Arazdı, bir yanı Bəsit
Vətən Azərbaycan, elim Zəngilan

Təəssüf ki, qədim insanlarımızın yaşayış məskənlərindən hesab olunan Zəngilan 25 ildir ki, erməni işğalçılarının tapdağı altındadır. Rayonun ərazisi 707 kv.km, əhalisi isə 35.351 nəfər olub. Rayonda bir şəhər, bir şəhərtipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi. Bunlar yaşayış məskənləridir.

Bəs Zəngilanda daha nələr olub? Ehtiyatları tonlarla çəkiyə gələn qızıl, mis, əhəng daşı, qum, çınqıl yataqları, hektarlarla sahəsi olan çinar meşələri, palıdlıqlar, Avropada yeganə, dünyada ikinci təbiət abidəsi sayılan Bəsitçay Dövlət Təbiət Qoruğu (107 hektar sahəyə malik) Araz boyu uzanıb gedən təbiət abidələri, xüsusi meşə fondu, 1200-dən artıq təbii, şəfaverici və mineral bulaqlar, 67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 dəmiryol stansiyası, 2 şərab zavodu, konserv zavodu, dəmiryol deposu, saysız-hesabsız tarixi abidələr, qədim körpülər, türbələr, məqbərələr... daha nələr - bütün bunların hamısı erməni terrorunun qurbanı olub. 

Zəngilan torpağında doğulmuş insanların 200 nəfərdən çoxu şəhidlik zirvəsinə yüksəlmiş, 12800 uşaq zərər çəkmiş, 395 uşaq yetim qalmışdır, 44 nəfərin aqibəti bu günə qədər bəlli olmayıb, 27 nəfər isə müharibə əlilidir. Hazırda Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşıblar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə