Daşkənddə biznes forum keçirilib - VİDEO

Daşkənddə biznes forum keçirilib - VİDEO
Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin təqdimatı olub

Daşkənddə Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin açılısı olub, Biznes-forum keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən Forumda Azərbaycan və Özbəkistandan iş adamları, həmçinin bu ölkədə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Forum iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər abidə kompleksini ziyarət ediblər.

Mədəniyyət mərkəzində Prezidenti İlham Əliyevin iyun ayında Özbəkistana səfəri və ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərə dair foto sərgi nümayiş etdirilib.

Mərkəzinin direktoru Samir Abbasov tədbirdə hər iki tərəfdən orta və kiçik sahibkarlıq sahələrinin 30-dan çox nümayəndəsinin iştirak etdiyini qeyd edib. bildirib ki, bu il 21-22 iyun tarixlərində Prezidenti İlham Əliyevin Özbəkistana səfəri, keçirilən görüşlər, imzalanan müqavilələr ölkələrimiz arasında əməkdaşlıqda yeni dövrün başlanğıcıdır

Özbəkistan İqtisadiyyat Assosiasiyasının rəhbəri Muxtar Umarov ölkələrimiz arasında əməkdaşlığın inkişafından danışıb, biznes sahəsinin daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub.

"Azərbaycan- Özbəkistan - Türkiyə İş Adamlarının Biznes forumunda iştirak edirik. Forum böyük ruh yüksəkliyi ilə davam edir. İş adamları arasında bütün sahələr üzrə o cümlədən Qarşılıqlı investisiyalar barədə müzakirələr aparılır. Özbəkistan iş adamları Azərbaycan iqtisadiyyatının dinamik yüksəlişini və inkişafını diqqətlə izləyirlər. Onlar öz sərmayelərini gördükləri əsasında tətbiq etmək niyyətindədirlər".

Forumda iş adamlarının iştirakı ilə ikitərəfli görüşlər keçirilib, konkret layihələr müzakirə olunub, qonaqlar Daşkəndin bir sıra biznes sahələri ilə tanış olublar.

Qeyd edək ki, Özbəkistan ərazisində Azərbaycan kapitalının iştirakı ilə ticarət, maşınqayırma, metal emalı, maliyyə, sığorta, daşınmaz əmlak, energetika, zərgərlik məmulatlarının istehsalı, təmiri, qida və yüngül sənaye sahələrini əhatə edən 234 müəssisə fəaliyyət göstərir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər