Özbək jurnalistlərə mükafatlar verilib - VİDEO

Özbək jurnalistlərə mükafatlar verilib - VİDEO
Azərbaycan həqiqətlərini dünyaya çatdırdıqları üçün onlara təşəkkür edilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbək jurnalistlərə Azərbaycan həqiqətlərinin yayılmasında dəstəklərinə görə Daşkənddə TÜRKSOY-un xüsusi mükafatları təqdim edilib.Tədbirdə TÜRKSOY təşkilatı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Özbəkistan jurnalistlər İttifaqının rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.İlk olaraq tədbir iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə və şəhidlər bağına əklil qoyublar.

Tədbirdə çıxış edənlər TÜRKSOY-un Türk ölkələrinin mədəniyyət səylərini birləşdirdiyini, bu qurum çərçivəsində geniş əməkdaşlıq platformasının yaradıldığını, beynəlxalq təşkilatlar ətrafında səmərəli fəaliyyət göstərildiyini qeyd ediblər. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində fərqlənən Özbək jurnalistlərə təşəkkür ediblər.

Əməyimizə görə göstərilən diqqətə görə TÜRKSOY təşkilatına və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə öz minnətdarlığımı bildirirəm. Biz buna çox şadıq və ümid edirik ki, bu Mərkəzlə əməkdaşlığımız gələcəkdə də davam edəcəkdir. Eyni zamanda, Türk xalqlarının birləşməsi üçün gördüyü işlərə görə bu təşkilata və Azərbaycan Mədəniyyət Mərkəzinə çox minnətdaram.

Tədbirin bədii hissəsində milli rəqslərimiz, Azərbaycan və özbək mahnıları ifa edilib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər