Nazirdən açıqlama: 15 min insan 135 milyon manat maliyyə dəstəyi alacaq (VİDEO)

Nazirdən açıqlama: 15 min insan 135 milyon manat maliyyə dəstəyi alacaq (VİDEO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev "Real intervyuda" bir neçə məsələyə aydınlıq gətirib, sualları cavablandırıb.

"İlk fərmanın əhatə dairəsində 9543 şəhidimizin vərəsələri var idi. onlardan 3099 şəhidimizin 4176 vərəsəsinə artıq noyabr-dekabr aylarında ödənişlər həyata keçirilib.Digərləri üzrə də işlər davam edirdi. 30 yanvarda bu məsələylə bağlı yaradılan komissiyanın növbəti iclası oldu və 661 şəhidimizin 950-dən artıq vərəsəsinə ödənişlərin həyata keçirilməsinə dair qərar qəbul edilib və icraya yönəldilib.bu ödənişlər həyata keçdikdən sonra yaxın günlərdə onların icrası təmin olunacaq. Artıq ödəniş alan şəxslərin vərəsələrinin sayə 5 mindən artıq olacaq. Şəhidlərimizin sayı isə artıq 3750-dən artıq olacaq. Digər tərəfdən bu proseslər zamanı araşdırmalar aparılan zaman, müxtəlif siyahılar ümumiləşdirilən zaman meydana çıxdı ki, 2264 şəhidimizin vərəsələri 92-97-ci illər aralığında müxtəlif sığorta ödənişləri alıblar. o dövrün qanunvericiliyinə uyğun olaraq minimim əməkhaqqının min misli, yəni əlli min manat məbləğində vəsait alıblar. Lakin nəzərə alsaq ki, 90-cı illərin ilk yarısı təlatümlü dövr idi və ciddi şəkildə manatın devalvasiyası dövrü idi. O müavinət başlayanda 250 dollar idi təqribən 92-93-cü illərdə. Amma artıq 96-97-ci illərdə devalvasiyadan sonra ciddi şəkildə aşağı düşüb. 20 dollar səviyyəsinə təqribən düşmüşdü və ona görə də Cənab Prezident növbəti humanist addımını atdı və nəzərə aldı ki, bu gün ödədiyimiz 11 min manat o dövrdə alınan məblığlə müqisəyə gəlməz bir rəqəmdir.ona görə də sığorta ödənişi alan 2264 nəfəri də məhz 28 Yanvat tarixli fərmanı ilə ödəniş alacaq ailələr sıradına daxil etdi. döyüşən şəhid polislərimizin icbari sıortası o dövrdə aparılmadığına görə, onlar ödəniş almırdılar. Prezident yeni fərmanını onlara da şamil etdi 461 şəhid polisimizin vərəsələrinə də bu vəsaitin ödənilməsinə dair qərar qəbul edildi. Beləliklə yeni fərmanın əhatə dairəsi 2725 şəhidimizin vərəsəsini əhatə etdi. Ümumilikdə, 2 fərmanı birıikdə götürdükdə 12268 şəhidimizin vərəsələrindən söhbət gedir.Nəzərə alaq ki, bir şəhid 1 neçə vərəsəsi ola bilər. Bu vəsaiti alacaq vərəsələrin sayı təqribən 15 min adama yaxın olacaq. 15 min insan kifayət qədər böyük məbləğ olan 135 milyon manat ümumilikdə maliyyə dəstəyi alacaq. Biz inanırıq ki, bu onlarən maddi rifahının yaxşılaşdırılmasında böyük addım olacaq. Digər tərəfdən qeyd etdiyimiz kimi, bu proqramlar ilk dəfə olaraq həyata keçirilmir. Digər proqramlar çərçivəsində işlər davan edir.Bu günə qədər 6650-dən artıq şəhidimizin və Qarabağ müharibəsi əilimizin mənzillərlə təmin olunması proqramı həyata keçirilib. Ötən il nəzərdə tutulduğundan 3 dəfə artıq olmaqla 626 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim edilib. bu il üçün prezidentimizin tapşırığı daha 800 mənzilin müharibə əlillərinə və şəhid ailələrinə təqdim edilməsidir. Digər tərəfdən avtomobil təminatı ilə bağlı işlər aprılır. Bu günədək 6144 müharibə əlilinə avtomobillər təqdim edilib. Prezidentin tapşırığı ilə bu proqram da davam etdiriləcək. Növbədə olan bütün müharibə əlillərimizə avtomobil təminatı, digər şəhid ailələrimizə və müharibə əlillərimizə mənzil təminatı tam şəkildə aprılacaq", deyə Nazir bildirib.

Pensiyalarla bağlı danışan nazir Sahil Babayev qeyd edib ki, pensiyaçıların sayı 1 milyon 300 min şəxsdir: "Bu kifayət qədər böyük əhali qismidir. Azərbaycan əhalisinin 13-dən artıqdır. Ona görə də pensiya məsələləri həmişə ciddi şəkildə bizim diqqətimizdədir. Ölkə başçısının bu sahədə nazirlik qarşısında qoyduğu tapşırıqlar,  pensiya sisteminin təkminləşdirilərək beynəlxalq standartlara, yaxşı təcrübəyə uyğunlaşdırılması, sığorta prinsiplərinin gücləndirilməsi, pensiya sisteminin dayanıqlığının gücləndirilməsinə yönəlib. Bu sahədə kompleks iş aparılır". 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə