Kunq-Fu üzrə açıq Bakı çempionatı (VİDEO)

Kunq-Fu üzrə açıq Bakı çempionatı (VİDEO)
Yarışda 250-dən artıq idmançı iştirak edib

Hövsan olimpiya idman kompleksində Kunq-fu federasiyası ilə bakı şəhər gənclər və idman baş idarəsinin birgə təşkil etdiyi açıq bakı çempionatı keçirilib.

2 gün davam etmiş yarışda 25 komandanın heyətində 250-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparıb. Açıq Bakı çempionatında Bakı ilə yanaşı bölgələrdən gəlmiş yeniyetmə və gənclər qüvvəsini sınayıb. Yeniyetmələrin yarışında Şəfa Məmmədov, bütün həmyaşıdlarından güclü olub.

Asim və Tahir İsmayılovlar 45 və 48 kq çəki dərəcələrində fərqləniblər. Çəkisi 42 kiloqrama qədər olan gənclərin yarışı Sahil əsgərovun qələbəsi ilə yekunlaşıb. İbrahim Sultanov 52 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyib. Ağırlığı 60 kq-a qədər olan döyüşçülərin mübarizəsi Rəşad Rufullayeviz zəfəri ilə yadda qalıb. Hüseyn Rəsulzadə və Bəxtiyar Orucov müvafiq olaraq 65 və 75 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Peşəkar sanda klubunun prezidenti 8 qat dünya çempionu babək Hüseynovun sözlərinə görə bu yarışda fərqlənən idmançılar yığma komandanın heyətinə cəlb olunacaq.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə