“Qarabağ” – “Neftçi” oyununda yeni rekord

“Qarabağ” – “Neftçi” oyununda yeni rekord

Topaz Premyer Liqasında 2018/19 mövsümünün azarkeş rekordu qeydə alınıb.

REAL PFL-in saytına istinadən xəbər verir ki, yeni rekord XV turun “Qarabağ” - “Neftçi” qarşılaşmasına təsadüf edib. 1:1 hesabı ilə başa çatan görüşü 6000 tamaşaçı izləyib.

Bunadək ən çox tamaşaçı “Sabah” – “Qarabağ” matçında (0:2) qeydə alınıb. “Əlincə Arena”da keçirilən VI turun qarşılaşmasını 4500 tamaşaçı seyr edib.

Mövsümün 3-cü göstəricisi isə IX turda keçirilən “Neftçi” – “Qarabağ” oyununa (3:1) təsadüf edib. “Bakcell Arena”dakı matçda 4000 tamaşaçı olub.

Ümumilikdə isə XV turun 4 oyununu 7180 tamaşaçı izləyib. Bu da mövsümün əvvəlki rekordunun qeydə alındığı VI turdakından 280 nəfər çoxdur.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə