Pensiyalar nə qədər artacaq? - VİDEO

Pensiyalar nə qədər artacaq? - VİDEO

Əmək pensiyaları haqqında qanuna uyğun olaraq pensiyaların indeksasiyası ilə bağlı işlər aparılır və qanunvericiliyə uyğun olaraq əmək pensiyaları ötən ildə orta əmək haqqının artımına uyğun olaraq artırılacaq.

Bu barədə Real tv-yə müsahibəsində Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

İqtisadi ekspert Elşad Məmmədov pensiyaların artırılması ilə bağlı REAL-a danışır

Bununla yanaşı minimum pensiyanın ehtiyac meyarına çatdırılması üzərində də iş aparılır. 

Qeyd edək ki, yanvar ayının 1-dən pensiya sistemi yaşa görə pensiyaya çıxan şəxslər üçün avtomatlaşdırılıb.Yəni vətəndaşın müraciəti gözlənilmədən onun doğum günündə elektron sistem onun vəziyyətini araşdırdıqdan sonra onun pensiya təyinatını aparır və mobil sms ünvanına məktub göndərməklə onun pensiya kartını alması barədə xəbərdarlıq edilir. Yanvarın 1-dən bugünədək 3024 şəxsə belə avtomatlaşdıırlmış qaydada pensiya təyinatı aparılıb. Xatırladaq ki, hazırda ölkə üzrə pensiyaçıların sayı 1 milyon 300 min nəfərdir və bu ölkə faizinin 13 faizindən artıqdır.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə