Komandamız Avropa birincisi oldu - VİDEO

Komandamız Avropa birincisi oldu - VİDEO
Cüdoçularımız Praqada 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazandılar

Çexiyada keçirilən gənc cüdoçuların Avropa Çempionatında fərdi yarışlara yekun vuruldu. Praqaya 13 nəfərlik heyətlə yollanan millimiz turniri 5 medalla bitirdi. 3-cü yarış günündə mübarizəyə qoşular 5 təmsilçimizdən 2-si fəxri kürsüdə yer aldı. 90 kq çəki dərəcəsində qüvvəsini sınayan Vüqar Talıbov bütür rəqiblərini üstələyərək qızıl medal qazandı. Latviya, israil, gürcüstan və serbiyalı atletləri yolundan kənarlaşdıran Vüqar finala yüksəldi. Onun xüsusiylə 1/4 final mərhələsində gürcüstalı rəqibi ilə görüşdən sonrakı jesti diqqətdən yayınmadı. Zədələndiyi üçün yeriyə bilməyən Tornike Poladişvilini çiyninə alaraq, tatamidən kənara çıxaran Talibovun davranışını alqışla qarşılandı.

Cüdoçumuz finalda İvan Kutenkovla üz-üzə gəldi. Ukraynalı rəqibinin kürəyini cəmi 27 saniyəyə yerə vuran Vüqar Talıbov 3-cü dəfə Praqada himnimizi səsləndirdi.

Eyni çəkidə yarışan İsmayıl Zamanov finalın bir addımlığında büdrədi. Slovakiya, finlandiya və italiya təmsilçilərinə qalib gələn İsmayıl yarımfinalda Vüqarin finalda üstələdiyi ukraynalı idmançıya uduzdu. Zamanov bürünc medal uğrunda Peter Safrani ilə mübarizə apardı. Macarıstanlı cüdoçunu qızıl xalda məğlub edən İsmayıl Zamanov fəxri kürsünün 3-cü pilləsinə qalxdı.

100 kq çəki dərəcəsində qüvvəsini sınayan Ruslan Nəsirli də medal qazanmağa yaxın idi. Avstriya və niderlandlı idmançıları məğlub edən Ruslan uğurun davamını gətirə bilmədi. Yarımfinal və bürünc medal uğrunda qarşılaşmalarda İtaliya təmsilçilərinə uduzan Nəsirli yarışı 5-ci pillədə bitirdi.

Digər 2 cüdoçumuz isə ilk rəqiblərinəcə uduzdu. Ağırlığı 100 kq-dan yuxarı olan idmançılarla yarışan Kənan Nəsibov moldova, 78 kq mübarizə aparan Nərmin Əmirli isə israilli həmkarı bacarmadı.

Beləliklə də millimiz Avropa çempionatını 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurdu. Bununla da kişilərdən ibarət seçməmiz komanda hesabında birinci oldu.

Xatırladaq ki, ilk 2 gündə Vüsal Qələndərzadə 73, Elcan Hacıyev 81 kq çəki dərəcəsində qızıl medal qazanmışdı. Turan Bayramov isə 60 kq-da gümüş mükafata layiq görülmüşdü.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər