Millimiz komanda yarışında 3-cü oldu - VİDEO

Cüdoçularımız Avropa Çempionatını 6 medalla başa vurdular

Çexiyada gənc cüdoçular arasında Avropa çempionatına yekun vuruldu. Son gündə komanda yarışları təşkil olundu. Fərdi yarışlarda 5 medal qazanan kollektivimiz bu dəfə də fəxri kürsüdə yer aldı. İlk görüşdə avstriyalı həmkarlarını yollarından kənarlaşdıran cüdoçularımız 1/4 finalda gürcüstanlı idmançılara uduzdular. Təsəlliverici görüşlərə qatılan komandamız bundan maksimum yararlandı. Burada estoniyalı atletləri üstələyən gənclərimiz burunc medal uğrunda Almaniya təmsilçiləri ilə üz-üzə gəldilər. 4:1 hesabı ilə qələbə qazanan komandamız fəxri kürsünün 3-cü pilləsinə qalxdı.

Beləliklə də cüdoçularımız Avropa çempionatını 6 medalla başa vurublar. Xatırladaq ki, təmsilçilərimiz fərdi yarışlarda 3 qızıl, 1 gümüş və 1 bürünc mükafat qazanmışdılar. Seçməmizin üzvlərindən Vüsal Qələndərzadə 73, Elcan Hacıyev 81, Vüqar Talıbov 90 kq çəki dərəcəsində Avropa çempionu olmuşdu. Turan Bayramov 60 kq-da 2-ci, İsmayıl Zamanov 90 kq-da 3-cü yerə çıxmışdı.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər