Azərbaycan Fransadan səfirliyə hücum zamanı dəyən ziyanın ödənilməsini tələb edib

Azərbaycan Fransadan səfirliyə hücum zamanı dəyən ziyanın ödənilməsini tələb edib

Rəsmi Bakı Azərbaycanın Fransadakı səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücum zamanı vurulan ziyanın ödənilməsini tələb edib.

"Report" xəbər verir ki, bu tələbi xarici işlər nazirinin müavini Xələf Xələfov sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qrosla görüşdə səsləndirib.

Belə ki, diplomatik nümayəndəliyə və onun heyətinə təhlükə yaradan vandalizm aktının Fransanın hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli araşdırılması, müvafiq hüquqi qiymətin verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və vurulmuş ziyanın ödənilməsinin təmin olunması tələb edilib.

Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib. Azərbaycan tərəfinin müraciətinə müvafiq olaraq, hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağı qeyd edilib.

Qeyd edək ki, sentyabrın19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər