Ermənistan bir gündə büdcəsinin 18 faizini itirib - İQTİSADİ REALLIQ

Ermənistan bir gündə büdcəsinin 18 faizini itirib - İQTİSADİ REALLIQ

Müasir suvarma sistemləri qurulmuş sahələrdə ərzaqlıq buğda istehsalının stimullaşdırılması aqroparkların nümunəsində özünü doğruldur. Aqroparklarda yerləşən pivotaltı sahələrdə əkilmiş buğda üzrə orta məhsuldarlıq 4,5 ton ətrafında dəyişir ki, bu, ölkə üzrə orta məhsuldarlıq göstəricisindən 44 faiz yüksəkdir. Ölkə üzrə bu il hər hektardan orta hesabla 3,1 ton buğda götürülüb.

İqtisadi Zonların İnkişafı Agentliynin İdarə Heyətinin sədr müavini Zamir Dibirov Real TV-yə müsahibəsində bildirib ki, ümumiyyətlə, 2022-ci ildə aqroparklarda geniş məhsul istehsalı təmin edilib və digər məhsullar üzrə də yüksək məhsuldarlıq göstəricisi əldə edilib. Aqroparklarda məhsuldarlıq qarğıdalı üzrə 12-15 tona, şəkər çuğunduru üzrə 80-85 tona çatır.

Müasir suvarma sistemləri qurulmuş sahələrdə təkrar əkin praktikasında da istifiadə edilir ki, bu, həmin sistemlərin qurulmasını daha rentabelli edir. 2022-ci ildə təkrar əkinlər 16 min 500 hektar ərazidə həyata keçirilib. Orada əsasən qarğıdalı, günəbaxan və soya əkilib. Nəticədə, sahibkarlar özləri bu sistemləri qurmaqda maraqlı olublar.

Bu çox önəmlidir. Azərbaycanda mövcud olan 600 min fermer təsərrüfatının yalnız 5 mini 10 min hektardan artıq sahəyə malikdir. 595 min təsərrüfatın torpaq sahəsi isə əsasən 3-4 hektar ətrafında dəyişir. Məhz aqroparklardan istifadə edərək, bu kiçik fermer təsərrüfatlarının da böyük şəhərlərin təchizatında iştirak etməsi təmin edilməlidir. Bu, həm ölkəni ərzaq idxalından xilas edə bilər. Həm də kənd əhalisinin kiçik torpaqlarda çoxukladlı təsərrüfat quraraq rifah içində yaşamasına imkan yaradar.

Yaxın illərdə Azərbaycan ərzaqlıq buğda istehsalı üzrə tam özünü təminata nail olmaq istəyir. 2021-ci ildə ölkə istehlakının yalnız 25 faizi yerli istehsal hesabına təmin edilibsə, ildən ilə bu göstərici çox sürətlə artmalıdır və yaxın bir neçə ilə ən azı 80 faizə qalxmalıdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev Real TV-yə müsahibəsində bildirib ki, Azərbaycanın aqrar sektorunun qarşısına qoyduğu bu hədəfə nail olması üçün ilk öncə fermerlər əkin üçün keyfiyyətli toxumla təmin edilməlidirlər.

Əkin sahələri üçün norma hektar üzrə 220 kiloqram götürülür. Əgər bütün sahələr üzrə sertifikatlı toxum istifadə edilərsə, bu, 80 faiz üçün yetərli olar. Dünya üzrə bir çox ölkələrdə toxum ilə özünü təminat səviyyəsi kimi 65-70 faiz götürülür. Adətən fermerlər əkin materialı kimi özlərinin yetişdirdikləri buğdanı istifadə etməkdə maraqlıdırlar. Azərbaycanda da uzun illər fermerlər bu praktikadan istifadə ediblər. Amma 2019-cu ildən bu yana vəziyyət sürətlə dəyişib.

Bu yarmarkalarda fermerlər toxumçularla tanış olurlar və bazarda hansı toxum növlərin olması barədə məlumat alırlar. Həmçinin onlara informasiya məsləhətləri verilir və laboratoriya xidmətləri göstərilir. Eyni zamanda, fermerlərə sertifikatlı toxum adı altında saxta əkin materialının satılmasının qarşısı alınır.

Bunun nəticəsində 2019-2020-ci illərdə ölkədə sertifikatlı buğda toxumu 79 min ton olubsa, 2020-2021-ci ildə bu, 95 min tona qalxıb. Cari 2021-2022-ci il mövsümündə isə 107 min ton sertifikatlı toxum əldə ediləcəyi proqnozlaşdırılır. Ölkənin belə toxumlara tələbatı isə 155 min ton qiymətləndirilir.
Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili, mnitorinq şöbəsinin müdiri İmran Cümşüdov Real TV-yə müsahibəsində bildirib ki, fermerin əkin zamanı öz bölgəsinə uyğun sertifikatlı toxumdan istifadə etməsi çox vacibdir, çünki bu, məhsuldarlığı 30-40 faiz artırır.

Təbii ki, fermerlərin hələ xeyli hissəsi, xüsusilə sahəsi kiçik olan fermerlər öz sahələrindən yetişən məhsulları əkin materialı kimi istifadəyə meyllidirlər. Çünki bazara məhsul çıxarmırlar və adətən taxılı öz təsərrüfatlarında yem kimi istifadə edirlər. Onların da sertifikatlı toxumdan keçməsi çox vacibdir və bunun üçün müvafiq addımlar atılmalıdır.

Kiçik təsərrüfatlar, məsələn, sertifikatlı toxum istifadə etməklə ərzaqlıq buğda istehsalında yerli istehsala böyük dəstək verə bilər. Sirr deyil ki, ölkədə taxıl istehsalı ilə məşğul olan 300 min fermer təsərrüfatının 295 mininin sahəsi 10 hektardan azdır. Bu təsərrüfatlarda keyfiyyətli buğda istehsalı onları kənardan un almaqdan xilas edər. 295 min təsərrüfat əslində Azərbaycanın kəndlərində yaşayan ailələrin yarısı deməkdir və onların öz istehlakları üçün ərzaqlıq buğda istehsal etməsi ərzaqlıq buğda üzrə özünü təminatın daha 23 faiz artması deməkdir. Yəni bu təmin edilərsə, hazırda 25 faiz ətrafında dəyişən bu göstərici avtomaitk olaraq 48 faizə qalxar və planlaşdırılan 80 faizlik göstəriciyə daha sürətlə çatmaq mümkün olar.

İqtisadi uçotda çağdaş innovasiyaların tətbiqi mühasiblərin və auditorların fasiləsiz peşəkar inkişafını tələb edir. Bunu iqtisadi fəaliyyətlə vergi nəzarəti arasında getdikcə genişlənən interaktiv onlayn bağlılıq da şərtləndirir. Xüsusilə, mühasiblərin daimi inkişaf edən peşəkar səviyyəyə malik olması həm vergi xidmətinin, həm də auditor nəzarətinin işini asanlaşdırır.

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası da dünyada trend olan bu çağırışa qoşulub və ölkə mühasiblərinin fasiləsiz peşəkar inkişafını təmin edən CPD (Si-Pi-Di) proqramları işləyib hazırlamaqdadır. Bu günlərdə Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında imzalanmış niyyət protokolu bu proqramlara auditorların da qoşulmasını nəzərdə tutur. Auditorlar Palatasının sədri Vahid Novruzov bu addımın həm mühasiblər, həm də auditorlar üçün çox faydalı olacağını düşünür.

Nazirlər Kabineti 2019-cu ilin may ayında Azərbaycanda peşəkar mühasiblərin dövlət reyestrinin yaradılması barədə qərar verib. Qərara alınıb ki, 2023-cü ilin sonuna kimi ölkədə 30 minə yaxın qurumun baş mühasibi mütləq peşəkar mühasib sertifikatına malik olmalıdır. Bu qurumlar sırasına paylarının nəzarət hissəsi dövlətə məxsus hüquqi şəxslər, iri və orta sahibkarlıq subyektləri daxildir. Bu addım Beynəlxalq Mühasiblər Federasiyasının IFAC (Ay-FAK) bütün dünya mühasibləri üçün hazırladığı xüsusi standartlar əsasında atılıb. IFAC-ın standartlarına görə, bütün dünya üzrə mühasiblər texniki təcrübəyə, peşəkar biliyə və etik normalara malik insanlar olmalıdırlar.

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzovanın fikrincə, Azərbaycanın mühasiblərinin bu cür keyfiyyətlər əldə etməsi üçün beynəlxalq təcrübədən də istifadə edilir.

Beynəlxalq təşkilatlar iqtisadiyatı məhz artan kənar müdaxilərələrdən və daxili xətalardan qorumaq üçün mühasib və auditorların davamlı inkişafına çalışırlar. Bu, əslində dövlətlərin də marağında olmalıdır. Çünki təhlükəsiz iqtisadiyyat həm də dövlət təhlükəsizliyinin ayrılmaz elementidir. Lokal çərçivədə yanaşdıqda, iş adamları da mühasiblərin peşəkar keyfiyyətlərə malik olmasına çalışmalıdırlar. Çünki peşəkar mühasiblərin təqdim etdiyi hesabatlar hər şeydən əvvəl sahibkarların təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Onları gözlənilməz kənar müdaxilələrdən və inzibati problemlərdən xilas edir.

Ermənistanın Azərbaycana qarşı son genişmiqyaslı təxribatı zamanı itirdiyi hərbi texnikanın toplam qiyməti 700 milyon dolları ötüb. Bu, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın üzləşdiyi ən böyük texnika itkisidir.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlamış və noyabrın 10-da Azərbaycan ordusunun böyük qələbəsi ilə başa çatmış 44 günlük müharibədə Ermənistantanın məhv edilmiş və Azərbaycan tərəfindən qənimət götürülmüş silah-sursatının ümumi dəyəri 5 milyard dolları ötmüşdü.

2022-ci il sentyabrın 13-ü gecəsi Ermənistan ordusunun Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy rayonlarını intensiv atəşə düşməsi ilə başlayan son gərginləşmədə isə Azərbaycan cavab atəşi ilə düşmən texnikasını susdurmağa məcbur oldu. Cavab atəşi nəticəsində Basarkeçər rayonunun Zod kəndində yerləşən düşmən hərbi hissəsi vuruldu. Hərbi hissəyə yerləşdirilmiş iki S-300 zenit raket kompleksi məhv edildi.

Dünya bazarında S-300 zenit raket komplekslərinin 1 dəstinin qiyməti 300 milyon dollar ətrafında dəyişir. Beləliklə, Azərbaycan ordusu elə ilk cavab atəşi ilə Ermənistanın Zodda yerləşən hərbi hissəsini vurmaqla düşmənin dəyəri 600 milyon dollardan xeyli çox olan hərbi texnikasını məhv etdi.

Ermənilər Zodda yerləşən bu hərbi hissədən 44 günlük müharibə zamanı da Azərbaycana qarşı təxribat məqsədi ilə istifadə etmək istəmişdilər. Həmin vaxt iki S-300 zenit-raket kompleksi və bir «İskəndər» zenit-raket kompleksi hərbi hissədən çıxarılaraq, Zod-Ağkilsə yoluna düzülərək, üzü Bakı istiqamətində döyüşə hazır vəziyyətə gətirilmişdi. Azərbaycan düşmənin Bakını hədəf aldığını görərək, bu üç zenit raket kompleksini məhv etmişdi. Bu dəfə də Azərbaycan ordusunun addımı preventiv tədbir kimi dəyərləndirilir.

Azərbaycan ordusu düşənin təxribatına cavab olaraq, düşmənin hərbi infrastrukturunu, səyyar radarlarını və digər zirehli texnikalarını da məhv edib. Eyni zamanda düşmənin 10-a yaxın hərbi postu da dağıdılıb və Ermənistan ordusunun əsgərləri o postları tərk etməli olublar. Bütünlüklə bu itkilər də ekspertlər tərəfindən 100 milyon dollar qiymətləndirilir.

Beləliklə, Ermənistan ordusu bir gün ərzində ölkənin 2022-ci il dövlət büdcəsinin 18 faizi qədər vəsait itirib. Bu ölkənin parlamenti tərəfindən təsdiqlənmiş dövlət büdcəsində gəlirlər 3 milyard 940 milyon dollar müəyyən edilib. Yəni Ermənistan iqtisadiyyatının bu səviyyədə itkilərin əvəzini doldurması ciddi problemdir.

Erməni ekspertlərinin əksəriyyəti bu fikirdədir ki, Ermənistan ordusu hətta 44 günlük müharibə zamanı üzləşdiyi itkilərin əvəzini doldura bilməyib. Çünki itkiləri çox böyük olub. 2020-ci ilin 27-sentyabr - 10 noyabr döyüşlərində Ermənistan ordusunun 7 ədəd S-700 zenit-raket kompleksi, 125 artilleriya topu, 366 tank, 50 ədəd başqa tipli zenit-raket kompleksi, 522 yük avtomibili itirmişdi.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər