Amerika Mərkəzi Bankı faiz dərəcəsini artırıb

Amerika Mərkəzi Bankı faiz dərəcəsini artırıb

Amerika Mərkəzi Bankı faiz dərəcəsini 0.75-ə qədər artırıb.

Beləliklə faiz dərəcəsi 3- 3.25 aralığına yüksəlib ki, bu da 2008-ci ildən bəri ən yüksək göstəricidir.

Faiz dərəcəsinin ilin sonuna kimi 4.4-ə çatacağı ehtimal edilir.

Gələn il isə bu rəqəm 4.6- ya qalxa bilər.

Bank faiz dərəcələrini artırmaqla istehlakın azalmasını və tələbatın zəifləməsi ilə də qiymətlərdə eniş olacağını ümid edir.

Lakin, faizlərin daha da qalxması ilə ölkədə iqtisadi böhran baş verə biləcəyi güman edilir.

Amerika Mərkəzi Bankının rəhbəri Cerom Pauel qeyd edib ki, bank rəsmiləri inflyasiyanın 2 faizə endirməkdə qərarlıdır.

“Mən və həmkarlarım inflyasiyanın 2 faizə endirmək məqsədimizə sadiqik. Bizim bunun üçün həm imkanlarımız, həm də qətiyyətimiz var. Qiymətlərdə stabilliyin olması Mərkəzi Bankın öhdəliyidir və onurğa sütununu təşkil edir. Qiymət stabilliyi olmasa, iqtisadiyyat heç kimə xeyir verməyəcək.“- deyə Pauel vurğulayıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər