Məktəb direktoru ibtidai sinif müəllimini döyüb - YENİLƏNİB

Məktəb direktoru ibtidai sinif müəllimini döyüb - YENİLƏNİB

Goranboy rayonunun Kələk kənd tam orta məktəbinin direktoru ibtidai sinif müəlliməsini döyüb.

Bu barədə REAL-ın qaynar xəttinə məlumat daxil olub.

Bildirilir ki, hadisə bu gün səhər saatlarında baş verib.

10:50

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov REAL TV-yə bildirdi ki, hadisə ilə bağlı araşdırma aparılır.

"Goranboy rayon polis şöbəsində müvafiq araşdırmalar davam edir, ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər